Kanada iki dəfə silkələndi – 7 bala yaxın zəlzələ

Kanadada bir gün ərzində iki zəlzələ qeydə alınıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, səhər saatlarında baş vermiş zəlzələ Vankuver adası sahillərində 6,6 bal gücündə, yerin 11 km dərinliyində qeydə alınıb.

İkinci zəlzələ isə  6,8 bal gücündə olub.

Dağıntılar və insan tələfatı barədə məlumat verilməyib.