Kanada Rusiyaya qarşı yeni sanksiyalar edəcək 

media-hightechnic-468x90

Kanadanın Baş naziri Castin Trüdo Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında müharibəylə əlaqədar ölkəsinin Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirib.

Bu barədə Yenicag.az Unikal”a istinadən xəbər verir.

“Biz Rusiyanın 40 fiziki və 5 hüquqi şəxsinə, oliqarxlara və rejimin müdafiə sektorundakı yaxın müttəfiqlərinə qarşı yeni sanksiyalar irəli sürürük”, – Trüdo bildirib.

O əlavə edib ki, siyahıda olan şəxslərin hamısı Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlıdır.

Trüdo Kiyevə əlavə hərbi yardım da açıqlayıb. Kanada Ukraynanı atıcı silahlarla təmin edəcək və minalardan təmizləmə əməliyyatlarını maliyyələşdirəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa