Kapital Bank-dan təhsil işçilərinə “Yenə də beş”

Kapital Bank bütün təhsil işçiləri üçün “Yenə də beş” adlı yeni güzəştli kredit aksiyası təqdim edir. Aksiyadan əmək haqqını Kapital Bank kartları ilə alantəhsil işçiləri yararlana bilərlər.

Aksiya çərçivəsində, təhsil işçisi öz həmkarlarına Kapital Bank-a müraciət etməyi tövsiyə edə bilər və bundan sonra hər ikisi (həm tövsiyə edən şəxs, həm də onun həmkarı) nağdkreditin illik faiz dərəcəsinə 5%-dək endirim əldə edəcək. Həmkarına Kapital Bank-ı tövsiyə edən təhsil işçisinə əlavə olaraq, müəyyən məbləğdə pul mükafatı da veriləcək. Üstəlik, kredit götürənlərə BirKart hədiyyə olunacaq. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər. Aksiya 31dekabr 2018-ci il tarixədək keçirilir.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

COP29