Bakı Fond Birjası (BFB) “Kapital Bank” ASC-nin adi və imtiyazlı səhmlərinin BFB-nin standart bazar seqmentindən delistinq edilməsi qərarı alıb.
Yenicag.az xəbər verir ki, bu qərar ictimaiyyətə açıqlandıqdan (7 yanvar 2019-cu il) iki ay sonra qüvvəyə minəcək.
Xəbər verildiyi kimi, 2018-ci ilin noyabr ayının sonunda “Kapital Bank”ın səhmdarları növbədənkənar ümumi yığıncaqda adi və imtiyazlı səhmlərin delistinq edilməsi qərarı qəbul ediblər.
www.yenicag.az