!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Karantin rejimini pozanlara qarşı TƏDBİR - Cərimə, həbs..

!Reklam – Yazi

Ötən gün xüsusi karantin rejimini pozduqlarına görə 9 nəfər inzibati qaydada həbs edilib, 5 062 nəfər inzibati cərimə olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 3-dən 4-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 11, o cümlədən Bakı şəhərində 3 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 5 062 nəfərə, onlardan Bakı şəhəri üzrə 3 718 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilmiş, 9 şəxs isə inzibati qaydada həbs olunmuşdur.

Nazirlik bir daha vətəndaşlardan Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət etməyi tələb edir.

www.yenicag.az

676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv