!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Karantindən sonra restoranlar belə işləyəcək – YENİ QAYDALAR/ÇAĞIRIŞ

!Reklam – Yazi

“Dörd il əvvəl dövlət orqanları şadlıq evlərinin standartlarını hazırlayıb. Orada nəzərdə tutulan bəzi qaydalar pandemiya və karantindən sonrakı dövrə aid edilə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov karantindən sonra restoranların fəaliyyətinin necə tənzimlənəcəyinə münasibət bildirirkən deyib:

Ekspert insanların sağlamlığının qorunması məqsədi ilə karantindən sonra bu qaydaların tətbiqinin vacib olduğunu bildirib:

“Hesab edirəm ki, istehlakçı davranışı dəyişməlidir. İstehlakçı getdiyi restoran və şadlıq evlərində diqqət yetirməlidir ki, orada işləyən işçi personalı gigiyenik qaydalara əməl edirmi? İçəridə oturan insanlar sosial məsəfayə riayət edirmi?Mətbəx içtehlakçı üçün açıqdırmı, ora baxa bilərmi? Üç il əvvəl bir layihə çərçivəsində araşdırma apardıq. Şəhərin ən təmtəraqlı restoranlarının bəzilərinin mətbəxində bərbad vəziyyətin hökm sürdüyünün şahidi olduq. Başqa məkanlardan gətirilən və dondurulmuş yeməklər yenidən qızdırılaraq müştərilərə verilirdi. Həmin vaxt restoranların birində divara manitor qoyulmasına nail olduq. Bu manitor vasitəsi ilə mətbəxdə baş verən proseslər izlənilirdi. Düşünürəm ki, bu qaydalar yenidən tətbiq olunmalıdır. O zaman zalda əyləşən insanlar mətbəxdə görülən işi izləyə bildilər. AQTA-nın tətbiq etdiyi qayladara bu, mütləq əlavə olunmalıdır. İşçi personalı əlcək və maskadan istifadə etməli, eyni zamanda, müştərilər arasında sosial məsafə saxlanılmalıdır. Bu qaydalar tətbiq olunsa, gələcəkdə Azərbaycana turizmin cəlb olunmasına və restoranların gigiyenik baxımından təmiz işləməsinə də gətirib çıxaracaq”.

Cəvahir

COP29

www.yenicag.az

1436
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv