Kartdan karta köçürmələr üzrə qaydalar sərtləşdirilir

media-hightechnic-468x90

“Azərbaycanda “card-to-card” tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericiliyə yeni tələblər əlavə ediləcək”.

Yenicag.az xəbər verir ki, bu barədə IX Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev məlumat verib.

Nuriyevin sözlərinə görə, nəzərdə tutulan dəyişikliklər fonunda rəqəmsal ödənişlərin, xüsusilə ödəniş kartları ilə aparılan əməliyyatların inkişaf tendensiyasının qorunub saxlanması vacibdir.

ABA rəhbəri bildirib ki, “card-to-card” əməliyyatları üzrə yeni qaydaların tətbiqi nağd dövriyyədən asılılığı azaltmaq məqsədi daşıyır.

O qeyd edib ki, iqtisadiyyatda nağdsız hesablaşmaların payının daha da artırılması üçün bu sahədə məhdudiyyətlərin və tənzimləyici mexanizmlərin gücləndirilməsi zəruridir.

Nuriyev, həmçinin vurğulayıb ki, kartdan karta köçürmələr üzrə qaydaların sərtləşdirilməsi rəqəmsal ödənişlərin daha təhlükəsiz və şəffaf şəkildə həyata keçirilməsinə şərait yaradacaq./Oxu.Az/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa