Kartından pul oğurlayıb sonra ələ saldılar - VİDEO

media-hightechnic-468x90

Kredit kartından dələduzluq yolu ilə pul oğurlanıb.

media-banner_tkm

Bu iddia ilə “Xəzər Xəbər”in qaynar xəttinə İradə Zeynalova müraciət edib.

Zərərçəkən bildirir ki, ona tanımadığı nömrədən zəng gəlib və bir neçə dəqiqə sonra kart balansından 4800 manat silinib.

Zərərçəkənin sözlərinə görə, bir neçə dəqiqədən sonra həmin nömrədən yenidən zəng gəlib.

İradə Zeynalovanın sözlərinə əsasən, bu hadisədən sonra kredit kartının məxsus olduğu bankdan onunla əlaqə saxlanılıb və onun pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildiriblər. Vətəndaş məruz qaldığı dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, vətəndaşın müraciəti ilə bağlı ərazi polis orqanında araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05