Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Katolik kilsələrində rəzalət: 300 rahib minlərlə uşağı zorlayıb - VİDEO

6 şəhərdə yerləşən katolik kilsəsində ruhanilərin iyrənc hərəkətləri ölkəni şoka salıb.

Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatındakı 6 katolik Yeparxiyasına (Allentaun, Eri, Qrinsberq, Harrisberq, Pittsburq və Skranton) məxsus kilsələrdə din xadimlərinin əsasən, azyaşlılara qarşı seksual zorakılıq hərəkətlərinə dair geniş hesabat açıqlanıb. Bu barədə məlumatı NBC10 nəşri yayıb.

Məlumata görə, 1300 səhifədən ibarət olan hesabatda 300-dən çox katolik rahibin yetkinlik yaşına çatmamış 1000-dən çox şəxsə qarşı müxtəlif xarakterli seksual zorakılıq hərəkətlərinə yol verdikləri bildirilib.

Bununla belə, rahiblərin zorakılığına məruz qalan şəxslərin sayının daha çox olduğu vurğulanıb. Rahiblərin cinayətləri sırasına zorlama, aborta məcburetmə, uşaq pornoqrafiyası və digər qanunsuz hərəkətlər daxildir.

NBC10-nin yazdığına əsasən, Pensilvaniyanın katolik kilsəsinin rəhbərliyi məhkəməyə üz tutaraq, hesabatın qadağan olunmasına çalışıblar. Lakin ştatın Ali Məhkəməsi ictimaiyyətin bu barədə məlumat almaq hüququnun olduğunu əsas götürərək, onların iddiasını rədd edib.

Hesabat Ali Münsiflərin iki illik təhqiqatından sonra hazırlanıb.

www.yenicag.az

7738
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100