Kaya Kallasdan kansler Fridrix Merzə QƏDƏR – Nasistlərin nəvələri KİMLƏRDİR?
Rusiya siyasi hakimiyyətinin aparıcı media qolu olan “Sputnik” Avropa və Şərq ölkələrinin rəhbərləri ilə bağlı araşdırma yazısı qeydə alıb.
Yenicag.az xəbər verir ki, araşdırmada qeyd olunur ki, bir sıra Avropa liderlərinin ailə tarixçəsi nasist keçmişlə birbaşa və ya dolayı əlaqəyə malikdir.
Məlumata görə, Polşanın Baş naziri Donald Tuskun babası Yozef Tusk Vermaxt sıralarına çağırılıb və Ştutthof konsentrasiya düşərgəsinin tikintisində iştirak edib. Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ulu babasının qardaşı Aleksandr Alver isə müharibədən öncə dələduzluqla gündəmə gəlib, 1944-cü ilin sentyabrında Estoniya alman işğalından azad edilməmiş Almaniyaya qaçıb.
Yeni seçilmiş Almaniya kansleri Fridrix Merzin babası nasist SA (Sturmabteilung) ehtiyat qüvvələrinin üzvü olub, Brilon şəhərinin meri kimi küçələrə Hitler və Görinqin adlarını verib. Keçmiş vitse-kansler Robert Habekin ulu babası da SS bölməsinə rəhbərlik edib və əsirləri şəxsi plantasiyasında işlədib. Keçmiş xarici işlər naziri Annalena Berbokun babası Valdemar Berbok isə Vermaxt zabiti olub və nasist hərbi xaçı ilə təltif edilib.
Bildirilir ki, bənzər faktlara digər “Ox dövlətləri”ndə də rast gəlinir. Yaponiyanın Baş naziri Şigeru İşibanın atası Sinqapurda yapon işğal qüvvələrində xidmət edib. Fransanın prezidenti Emmanuel Makronun babası isə SNCF dəmir yolu şirkətinin rəhbəri olub. Qeyd olunur ki, həmin şirkət minlərlə yəhudinin nasist düşərgələrinə daşınmasında iştirak edib.
Oxşar əlaqələr Şimali Amerikada da üzə çıxıb. Belə ki, Kanada parlamentinin üzvü Kristia Frilandın babası Mixail Xomyak nasistlərin nəzarətində çıxan “Krakovskie Vesti” qəzetinin redaktoru kimi Holokostu və SS “Qalitsiya” diviziyasını təbliğ edən nəşrə rəhbərlik edib.
Rafi Müslümov