Keçmiş Aparat rəhbərinin nədə ittiham olunduğu AÇIQLANDI

media-hightechnic-468x90

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin nədə ittiham olunduğu məlum olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, R.Quliyevin qardaşı, “Səs” qəzetini baş redaktoru Bəhruz Quliyev “Report”a bildirib ki, sabiq Aparat rəhbəri Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur:

“Rasim Quliyevin barəsində Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb”.

B.Quliyev qərarla razılaşmadıqlarını və apellyasiya şikayəti verəcəklərini deyib.

Baş redaktor qeyd edib ki, R.Quliyev aprelin 2-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05