!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş arvadını və övladlarını qumbara ilə partladıb öldürmək istəyən şəxsə bu cəza verildi - VİDEO

!Reklam – Yazi

Bakı Apellyasiya Məhkəməsində 13 il əvvəl boşandığı arvadını, qayınanasını və övladlarını qumbara ilə öldürmək istəyən şəxsin məhkəməsi yekunlaşıb.

Təqsirləndirilən şəxsin əlində olan qumbaralardan biri partlasa da, xoşbəxtlikdən ölüm halı qeydə alınmayıb.

Bildirilib ki, ailə üzvlərini öldürmək istəyən İntizam Nəcəfov 11 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2022-ci ilin avqustunda Pirşağı qəsəbəsindəki evlərdən birində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü İntizam Nəcəfov ailəsi ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq, həyat yoldaşı ilə görüş tələb edib.

Partlayış səsinə qonşular gəliblər və dərhal polisə məlumat verilib. İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayıblar, evdə gizləniblər. Nəcəfovun Əhmədova ilə birgə nikahdan üç övladı var.

İ.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirli bilinib.

Daha ətraflı İctimai TV-nin materialında:

www.yenicag.az

117
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv