Keçmiş DİN sədrinin axtarışları davam etdirilir

media-hightechnic-468x90

Ermənistanın keçmiş daxili işlər naziri Vano Siradeqyanın polis tərəfindən axtarışları davam etdirilir.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın polis rəisi Valeri Osipyan məlumat verib.

V.Siradeqyan hələ Levon Ter-Petrosyanın prezidentliyi dövründə hüquq-mühafizə orqanlarının diqqətini özünə cəlb edib. 1997-ci ildə Ermənistanın Baş Prokurorluğu onun bir sıra qətllərdə, adam oğurluğunda, 1992-1994-cü illərdə Daxili İşlər Nazirliyinin bəzi yüksək vəzifəli şəxslərinin öldürülməsində əli olduğu qənaətinə gəlib. 1998-ci ildə istintaq işləri nəticəsində məlum olub ki, bütün sifarişli qətllər və adam oğurluqları V.Siradeqyanın tapşırığı ilə həyata keçirilib. O, 1999-cu ildə Ermənistandan qaçıb.

Qeyd edək ki, V.Siradeqyan 1992-1996-cı illərdə daxili işlər naziri, 1996-1998-ci illərdə Yerevanın meri, 1998-1999-cu illərdə deputat olub. 2000-2008-ci ildən beynəlxalq axtarışa verilib./Report/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa