Bakıda qətl törətməkdə təqsirli bilinən Səyavuş Abbasovun apellyasiya şikayəti üzrə qərar verilib.
Yenicag.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin cəzası bir il azaldılıb.
Qeyd edək ki, Səyavuş Abbasova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2023-cü il oktyabrın 24-də Bakının Nəsimi rayonunda qeydə alınıb.
1963-cü il təvəllüdlü Səyavuş Abbasovun Nəsimi rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü Araz Həsənova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səyavuş Abbasov şübhəli şəxs qismində tutulub./APA
www.yenicag.az