Kənan M.M-dən QALMAQALLI SÖZLƏR: “Qadında duyğu yetərsizliyi var”
Psixologiyada deyilir ki, qadınlarda duyğu yetərsizliyi var.
Yenicag.az xəbər verir ki, bu sözləri “Tarixin bir günü” verilişində rejissor Kənan M.M deyib.
Rejissor qadınlarla bağlı qalmaqallı açıqlaması ilə diqqət çəkib:
“Qısqanclıq insanın xislətində mövcud olmayan bir şeydir. O, bir damardır. O damar səndə varsa, mövcuddur. Amma həddində və məntiqli şəkildə olmalıdır. Psixologiyada deyilir ki, qadınlarda duyğu yetərsizliyi var. İstisnalar da mövcuddur. Məsələn, heç bir oğlan özünə aldığı telefonun və ya saatın şəklini çəkib paylaşmır. Amma qadına əks cinsin nümayəndəsi bir telefon alanda, o, bunu çəkib paylaşır. Bu, əslində digər xanımlara ‘mən dəyərliyəm’ mesajını vermək istəyidir. Əslində isə buna ehtiyac yoxdur”.
Nehru













