Kənd Təsərrüfatı Nazirliyi Gəncəyə köçürülür

media-hightechnic-468x90

56t“Dünyanın heç bir ölkəsində Kənd Təsərrüfatı Nazirliyi, yaxud Kənd Təsərrüfatı Departamenti ölkəni paytaxtında yerləşmir”.

İqtisadçı alim Vüqar Bayramov bildirdi: “Nazirliyin regionlara köçürülməsi məsələsini biz qaldırmışdıq. Praktik olaraq dünyanın heç bir ölkəsində Kənd Təsərrüfatı Nazirliyi (KTN) yaxud Kənd Təsərrüfatı Departamenti ölkəni paytaxtında yerləşmir. Əgər ölkənin paytaxtı kənd təsərrüfatı sahəsində ixtisaslaşmayıbsa, o zaman nə üçün KTN paytaxtda olmalıdır?! Təbii ki, Azərbaycanda bu faktın mövcudluğu həm maraq, həm də təəssüf doğurur. Bu baxımdan nazirliyin rayonlardan birinə, yaxud kənd təsərrüfatı ilə məşğul olan rayonlara yaxın şəhərə köçürülməsi çox yaxşı olardı. Bu dövlət strukturlarının paytaxtdan regionlara köçürülməsinə şərait yaradacaq. Həmçinin təhsil müəssisələrinin də paytaxtdan çıxarılmasına imkanlar açacaq. KTN-in regiona köçürülməsinin bir neçə üstünlüyü ola bilər. Birincisi, şəhərdəki sıxlıq və tıxaclarla bağlı problemlərin həllinə şərait yaranacaq, digər tərəfdən isə regionların inkişafına da təsir edəcək”.

İqtisadçı alim hesab edir ki, nazirliyin köçürülməsi üçün ən optimal variant Gəncə şəhəridir: “Nəzərə alsaq ki, Gəncə ölkənin ikinci ən böyük şəhəridir və kənd təsərrüfatı üzrə ixtisaslaşmış rayonlara yaxın məsafədə yerləşir, o zaman bu şəhərin daha uğurlu seçim ola biləcəyinə inanıram. Eyni zamanda, Gəncənin İstanbul vasitəsi ilə beynəlxalq əlaqələrinin daha da genişləndiyini qeyd etmək lazımdır. Bu da nazirliyin xarici əlaqələrinin genişlənməsinə təsir edə bilər”.

Xatırladaq ki, dünyanın bir çox dövlətlərində Kənd Təsərrüfatı Nazirliyi və başqa bu tipli qurumlar ölkənin uyğun regionlarında yerləşir. Azərbaycanda da İqtisadi və Sosial İnkişaf Mərkəzi Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Torpaq və Xəritəçəkmə Komitəsinin paytaxtdan kənara çıxarılması ilə bağlı təklif verib. Həmin məsələ ilə bağlı millət vəkili Zahid Oruc da parlamentdə çıxışı zamanı müvafiq köçürülmə təklifini vermişdi.

axar.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600