!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kənd təsərrüfatında uğurun sirri - İlham Əliyevdən önəmli hədəflər
 

!Reklam – Yazi

Kənd təsərrüfatı sahəsində əldə olunan uğurların əsasında düzgün siyasət və dövlət dəstəyi durur.

Yenicag.az xəbər verir ki, son illər ərzində pambıqçılığın inkişafı ilə bağlı atılmış addımlar səmərəsini verməkdədir. Belə ki, 2019-cu ildə pambıq yığımı üzrə son illərin rekord göstəricisi əldə olunub, bu il Azərbaycanda 294 min ton pambıq yığılıb.

Pambıqçılıq ilk dəfə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə iqtisadiyyatda ən qabaqcıl yerləri tutub.

Həmin illər Ulu öndər Heydər Əliyevin başçılığı altında kənd təsərrüfatının bütün sahələri uğurla inkişaf edib, pambıqçılıq isə aparıcı sahələrdən birinə çevrilib.

Son dörd ildə isə Dövlət Proqramı əsasında pambıqçılıq dirçəldildi və ən yüksək nəticələr əldə olundu. Dövlət dəstəyi nəticəsində son üç il ərzində pambıq sahələrində işləmək üçün xaricdən 15 min 700 texnika alınıb. Bundan başqa, pambıqçılığı inkişaf etdirərkən, məşğulluqla bağlı problemlər diqqət mərkəzində saxlanılıb və bu sahədə də ciddi nəticələr əldə olunub. Pambıqçılığın inkişaf etdirilməsi iqtisadiyyata verdiyi xeyirlə yanaşı rayonlarda on minlərlə yeni iş yerlərinin açılmasına da yardım etmiş oldu.

Xatırladaq ki, son dörd ildə Azərbaycanda pambıq istehsalı 8.5 dəfə artıb. Yeni pambıq zavodları, ciyid anbarları tikilib, pambığın ilkin emalı üçün yeni istehsal müəssisələri yaradılıb. Statistikaya görə, 2019-cu ilin doqquz ayı ərzində pambıq və ondan hazırlanan məhsulların ixracından ölkəmizə 111 milyon dollar valyuta daxil olub.

Prezident İlham Əliyevin ixrac yönümlü məhsulların istehsalı və bununla da qeyri-neft sektorunun inkişafını ən yüksək səviyyəyə çatdırmaq barədə qəbul etdiyi qərarlar yalnız pambıq sahəsini əhatə etmir. Aparılan islahatlar və görülən tədbirlər nəticəsində Azərbaycanda bu il barama istehsalı 630 tona qədər artıb.

1992-93-cü illərdə hakimiyyətdə olduqları qısa müddət ərzində AXC-Müsavat antimilli qruplaşması Azərbaycan iqtisadiyyatını taladı və demək olar ki, tamamilə çökdürdü. Hazırda görülən işlər isə nəticə etibarı ilə Azərbaycan iqtisadiyyatının modern texnologiyalar əsasında və möhkəm təməllər üzərində yenidən inşası deməkdir.

Artıq ölkəmiz inkişaf tempinə görə bir çox qabaqcıl ölkələri geridə qoymaqdadır. Bu tempin saxlanılması və daha da sürətlənməsi üçün dövlət aqrar sahəyə ayırdığı güzəştli kreditləri artırır və sahibkarlıq fəaliyyətinin tənzimlənməsi üçün yeni qaydalar tətbiq edir.

2020-ci ildə isə qarşıda duran vəzifələr bunlardır:

1) Pambıqçılıqla bağlı məsələlər arasında mütərəqqi texnologiyalara daha böyük meydan verilməlidir

2) Gələn il pilot layihələrin sahəsi artırılmalıdır

3) Lifsiz pambıq toxumu istehsalı zavodu işə salınmalıdır

4) Pambıq istehsalı sahəsinə daha çox güzəştli kreditlər ayrılmalıdır

5) Pambıq emalı zavodlarının fəaliyyəti bir daha nəzərdən keçirilməlidir

6) Pambıqtəmizləmə zavodlarının istehsal gücü pambığın artan həcmi ilə uzlaşmalıdır

7) Köhnə zavodlarda modernləşdirmə aparılmalıdır

8) Yeni iplik fabrikləri, yeni toxuculuq, trikotaj, yem və yağ fabrikləri yaradılmalıdır;

Ümumilikdə isə, Azərbaycan daxili tələbatını öz resursları hesabına təmin etməlidir. Yalnız bu halda iqtisadiyyatın onurğa sütünü olan kənd təsərrüfatı inkişaf edər və bununla da ilk növbədə Azərbaycanın ərzaq təhlükəsizliyi təmin edilmiş olar.

COP29

www.yenicag.az

1368
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv