Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” daha 1 futbolçunun keçidini həll edib.
Yeniçağ.Az xəbər verir ki, Gəncə klubu Tural Cəlilov ilə razılığa gəlib. Son mövsümü “Zirə”də keçirən müdafiəçi ilə 1 illik müqavilə nəzərdə tutulub.
Qeyd edək ki, “sarı-göylər” bundan əvvəl müdafiəçi İlyas Səfərzadə, yarımmüdafiəçi Kamran Abdullazadə və hücumçu İlkin Sadıqovu heyətinə qatıb.
Yeniçağ.az