“Həyat yoldaşım çox qısqancdır. Amma mənim gözüm ondan başqa heç kimi görmür”.
Yeniçaq.az xəbər verir ki, bu sözləri müğənni Kərim şəxsi həyatı barədə danışarkən deyib.
O, həyat yoldaşı ilə bağlı etiraflar edib: “Xanımım çox qısqancdır, bunu biruzə də verir. Amma bilir ki, mən heç vaxt nə ondan yaxşısını axtarıram, nə ondan artığını. Ümumiyyətlə, heç kimi axtarmıram. Gözüm ondan başqa heç kimi görmür.
Mən yeməsəm, o yemək yemir, gecəyarısı gəlsəm də, yatmayıb məni gözləyir. Əsəbi olduğum vaxtlarda məni sakitləşdirir. Kimsə xətrimə dəyəndə, kövrək məqamlarımda mənimlə bərabər kövrəlir. Dişi ağrıyanda, canı arıyanda deyirəm ki, sənin bu ağrıların məni öldürəcək. Deyir, Allah eləməsin, mən ölüm, amma sənə heç nə olmasın. Deyirəm, bu nə sözlərdir danışırsan, nə ölmək… Öləndə də bir yerdə ölək. Nə sən məni tək qoy, nə də mən səni, bərabər çıxaq gedək”.
Nehru
www.yenicag.az