!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kərimin səhhəti kritik həddə - Oğlu kömək istədi: "Xilas edin"

!Reklam – Yazi

Tanınmış meyxanaçı Ağakərim Novruzovun səhhəti pisləşib.

Yenicag.az-a açıqlama verən meyxanaçının oğlu Kamil Novruzov ayaqları tutulan atasının xəstəxanaya yerləşdirilməsi üçün təcili pul lazım olduğunu bildirib:

“Atamın səhhəti qəfildən pisləşdi. Beynində qansızmalar oldu, bu da ayaqlarının tutulmasına gətirib çıxardı. Nitqində də problemlər var, danışanda çətinlik çəkir. Xəstəxanaya yerləşdirmək lazımdır. Amma maddi durumumuz buna imkan vermir. Çünki xəstəliyinə görə iki ildir atam toylara, el şənliklərinə getmir. Onun da qazancı toylardan çıxırdı. Sağ olsun dostları kömək edir, amma bu, onun sağalması üçün kifayət etmir. Atam abırlı-həyalı insandır, heç vaxt çətinliklərinə görə ağız açmayıb. Amma indi buna məcburam. Əgər lazım olan məbləğ tapılsa, atamı xilas etmək olar. Yoxsa ömürlük şikəst qalacaq”.

Cəvahir

COP29

www.yenicag.az

10313
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv