Kəşfiyyatçılar Moskvada bir araya gəldi

media-hightechnic-468x90

Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat orqanları rəhbərlərinin kəşfiyyat fəaliyyətinə dair müşavirəsinin açılış mərasimi baş tutub.

Yenicag.az xəbər verir ki, bu barədə TASS Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosuna istinadən məlumat yayıb.

Vurğulanıb ki, müşavirədə birgə fəaliyyətin nəticələri nəzərdən keçiriləcək, MDB ölkələrinin xüsusi xidmət orqanlarının yaxın perspektivdə qarşılıqlı əməkdaşlıq üzrə vəzifə və prioritetləri müzakirə ediləcək.

Müşavirədə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlərinin iştirakı planlaşdırılır./axar.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600