Kikboksçularımızı Hollandiyada gərgin döyüş gözləyir

media-hightechnic-468x90

12272771_1202932106389536_622994937_nKikboksçularımız Hollandiyada beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar
Azərbaycan kikboksçuları Xəyal Əhmədov (81 kq) və Nicat Nəcəfzadə (51 kq) noyabrın 28-də Hollandiyanın Eindhoven şəhərində keçiriləcək K-1 versiyası üzrə beynəlxalq turnirdə iştirak edəcəklər.

Bu barədə Azərbaycan Kikboksinq Federasiyasından bildiriblər.

İdmançılara rəhbərlik edəcək “Caspian” kikboksinq klubunun direktoru Aydın Nəcəfzadənin sözlərinə görə, təmsilçilərimiz peşəkar kikboksinq üzrə reytinq döyüşlərində mübarizə aparacaqlar.
On beşə yaxın ölkədən idmançıların iştirak edəcəyin beynəlxalq turnirin təşkilatçısı “A1 World Combat Cup”dır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600