Kilsədə cinsi ayrıseçkiliyə son qoyuldu
Böyük Britaniya tarixində ilk dəfə Anqlikan kilsəsinin yepiskopu qadın təyin olunub.
Məlumata görə, iki uşaq anası olan 48 yaşlı Libbi Leyn yepiskop vəzifəsinə seçilib. Anqlikan kilsəsinin tarixində bu, ilk olub.
L. Leyn daha əvvəl kilsədə keşiş olub. Onun bu posta namizədliyini kraliça II Yelizaveta təsdiqləyib.
İngiltərənin baş naziri Devid Kemeron Libbi Leyni bu təyinat münasibətilə təbrik edib: “Bu, kilsə idarəçiliyində qadın –kişi bərabərliyi yönündə atılmış tarixi və əhəmiyyətli addımdır”. (qafqazinfo.az)