Kişi boşanmaq istəyən arvadını bıçaqladı – Bakıda

media-hightechnic-468x90

bicaqBakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Özbəkistan küçəsində qeydə alınıb.

Belə ki, Bakı sakini 36 yaşlı Hacı Mürvətov ailə münaqişəsi zəminində həyat yoldaşı 27 yaşlı Günay Muradovaya qol və boyun nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri yetirib.
G.Muradova 3 Saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

H.Mürvətov saxlanılıb. İstintaq davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl G.Muradova boşanmaq üçün Xətai Rayon Məhkəməsinə müraciət edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa