“Kişilər 37 dərəcə temperaturda “ölürəm” deyirsə, onlara inanmaq lazımdır”.
Yenicag.az xəbər verir ki, bunu Harvard Universitetinin araşdırması da təsdiqləyir. Alimlər nəhayət sübut ediblər ki, kişi 37 temperaturla öldüyünü deyirsə, ona inanmaq lazımdır.
Məlum olub ki, kişilər qadınlardan daha çox xəstəliklərdən əziyyət çəkirlər. Qadınların immun sistemləri estrogen və progesteronun yüksək səviyyələri və testosteron səviyyəsinin aşağı olması səbəbindən daha güclüdür.
“Kişilərin qripinin reallığı nəhayət ki, təsdiqlənib. Məlum olub ki, kişilər immun sistemindəki fərqlərə görə əslində qadınlardan daha çox qripdən əziyyət çəkirlər. Kişilərin özlərini pis hiss etdikdə əlamətləri şişirtdiyinə inanılsa da, bu, uydurma deyil.
Kişilər qadınlardan daha çox xəstəlikdən əziyyət çəkirlər. Çünki qadınların immun sistemləri estrogen və progesteronun yüksək səviyyələri və aşağı testosteron səviyyələri səbəbindən daha güclüdür.
Kişilər soyuqdəymə və qrip əlamətlərini qadınlara nisbətən daha çox hiss edirlər. Onlar üçün xəstəlikdən qurtulmaq daha çətin olur.
Alimlər nəzəriyyəni siçanlar üzərində sınaqdan keçirdilər və müəyyən etdilər ki, estrogen dozaları onları bakterial pnevmoniyadan sağaldır”, – diyetoloq Jenna Houp deyib.
Xuraman Etibarlı
www.yenicag.az