Ukraynanın paytaxtı Kiyevdə Ali Rada yaxınlığında etiraz aksiyası zamanı nümayişçilərə hüquq-mühafizə orqanları arasında ilk qarşıdurmalar baş verdi.
Yenicag.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, polislər aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.
Mitinqdə ümumilikdə təxminən 1000 nəfər iştirak edir.
Xatırladaq ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu “Yeni Qüvvələr Hərəkatı” və digər müxalif partiyaların tərəfdarları oktyabrın 18-dən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir.
Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər. Bu gün isə Mixail Saakaşvili Ukrayna Milli Qvardiyasını və Ukrayna Təhlükəsizlik Xidmətini ləğv etməyə çağırıb.
www.yenicag.az