Koalisiya qüvvələri İŞİD-ə 16 zərbə endirdi

media-hightechnic-468x90

8ae0dc29d111528782e41ad198358891ABŞ başçılığı ilə beynəlxalq koalisiya qüvvələrinin hərbi təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə 16 hava zərbəsi endirib.

Yenicag.az APA-ya istinadən məlumat verir ki, bunu koalisiya qüvvələrinin nümayəndəsi Tomas Qilleran bəyan edib.

“Bu, indiyədək Suriyada həyata keçirdiyimiz ən irimiqyaslı əməliyyatlardan biri idi. Hava zərbələri İŞİD-in Rakka şəhəri istiqamətindən irəliləmə imkanlarını zəiflətməlidir”, deyə T.Qilleran bildirib.

Xatırladaq ki, ABŞ və beynəlxalq koalisiyanın təyyarələri 2014-cü il, avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə hava zərbələr endirir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600