Kobaxidze Ermənistana səfər etdi

media-hightechnic-468x90

Gürcüstanın Baş naziri İrakli Kobaxidze sabah İrəvanda keçiriləcək 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirak etmək məqsədilə Ermənistana yola düşüb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidmətindən bildirilib.

Kobaxidze əsas mövzusu bağlantıların və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi olan dəyirmi masada çıxış edəcək.

Baş nazir Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyanın adından toplantıda iştirak edən liderlərin şərəfinə təşkil olunacaq rəsmi qəbula da qatılacaq.

Hökumət başçısını səfərdə xarici işlər naziri Maka Boçorişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani müşayiət edir./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05