İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın yeni tərkibinin formalaşması üçün keçirilmiş seçkilər başa çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov özünün “Twitter” hesabında yazıb.
İctimai Şuraya seçilən üzvlər aşağıdakılardı:
Məmməd Vəliyev Mirzə – “Əlil Sahibkarlar təşkilatı” İB-nin sədri.
Novruzi Fərid Əlibəy oğlu – “Azərbaycan Parəkəndə Geyim İdxalçıları Assosiasiyası” İB-nin İH-nin sədri.
Eminli Tofiq Heydər oğlu – “Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası” – İB-nin İH-nin sədri.
Qaraşov Fərhad Arif oğlu – “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri
Qəhrəmanov Göydəniz İbrahim oğlu – “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri
İsayev Ramiz Mirqasım oğlu – “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” kommersiya hüquqi şəxslərin ittifaqının İH-nin sədri
Allahyarlı Nihad Vüqar oğlu – “Davam Gənclər Hərəkatı” İctimai Birliyinin İH-nin sədri
Aslanov Azər Nüdrət oğlu – “Azərbaycan Gömrük Broker Xidməti Şirkətlərinin Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri
Dostiyari Emin Nadir oğlu – “Azərbaycan İçki və Qida Sənayeçiləri Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri
Hacızadə Kamran Əhməd oğlu – “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri
Babayeva Səkinə Rəşid qızı – “Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri
Abdullayev Məhəmməd İzzət oğlu – “Regional İnkişaf” İctimai Birliyinin İH-nin sədri
Hüseyn Büyükfırat – “Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin İH-nin sədri
Balacanov Elvin Paşa oğlu – “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri
Mustafayev Tural Mirəli oğlu – “İş Adamları Cəmiyyətinin Assosiasiyası” təşəbbü qrupunun rəhbəri.
www.yenicag.az