Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb - FOTO/YENİLƏNDİ

media-hightechnic-468x90
Cəbrayıl rayonunun Şükürbəyli kəndində köçürülən sakinlərə evlərinin açarları təqdim olunub.
Yenicag.az-ın xəbərinə görə, növbəti köç karvanı ilə kəndə çatan ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşları tərəfindən mina təhlükəsi ilə bağlı məlumat verilib, təhlükəsizlik qaydaları izah olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 97 ailə, ümumilikdə 419 nəfər köçürülüb.
***
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç olub.
Yenicag.az xəbər verir ki, bu gün Şükürbəyli kəndinə 97 ailə-419 nəfər köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05