Mingəçevir şəhərində, Göygöl, Bərdə, Ağcabədi və Biləsuvar rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinə başlanılır.
Yenicag.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti bununla bağlı hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasını “Kaspian Standart” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 302.266,15 AZN (302 min 266 manat 15 qəpik) olan müqavilə bağlayıb.
Bağlanmış müqaviləyə uyğun olaraq şirkət aşağıdakı işləri icra edəcək:
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi | Kod |
---|---|---|---|---|---|
1 | Yararsız novların sökülməsi | söküntü | 398,5 | m | 72101507 |
2 | Yararsız su ötürücü boruların sökülməsi | söküntü | 219 | m | 72101507 |
3 | Metal yəhərlərin sökülməsi | söküntü | 680 | m | 72101507 |
4 | Yararsız karnizlərin sökülməsi | söküntü | 128 | m | 72101507 |
5 | Yararsız şifer dam örtüyünün sökülməsi | söküntü | 6.067 | m(2) | 72101507 |
6 | Yararsız taxta şəbəkənin sökülməsi | söküntü | 6.067 | m(2) | 72101507 |
www.yenicag.az