Kollec rəhbəri vəzifəsindən azad edildi

media-hightechnic-468x90

Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin rəhbəri işdən çıxarılıb.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Gəncə Regional Kollecinin rəhbəri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Nadir oğlu Kubışov vəzifəsindən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, İ.Kubışov əvvəllər Gəncə Dövlət Regional Kolleci qiyabi şöbəsinin müdiri vəzifəsində işləyib. İ.Kubişovdan əvvəl isə Gəncə Dövlət Regional Kollecinin rəhbəri işləmiş Fəxrəddin Zeynalov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa