!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kolleclərə ixtisas SEÇİMİ: “Keçid ballarının artması ehtimalı yüksəkdir”

!Reklam – Yazi

“Abituriyentlər onlara verilən 20 yerdən maksimum dərəcədə yararlanmalıdırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bu il kolleclərə qəbulda keçid ballarının artacağı ixtisaslar və ixtisas seçimində diqqət edilməsi lazım olan məqamlar haqda danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.

 

Onun sözlərinə görə, bu il kolleclərə balların artması ehtimalı yüksəkdir:

“Nəzərə almaq lazımdır ki, buraxılış imtahanlarının nəticələri yüksək olduğu üçün bu il kolleclərə balların artması ehtimalı yüksəkdir. Xüsusilə, tibb kollecinə qəbul olmaq istəyən abituriyentlər daha diqqətli olmalıdır. Maliyyə, həmçinin kompüter ixtisasları qrupunda keçid ballarının daha çox artacağı gözlənilir. Eyni zamanda, burada ərazi faktoru da mühüm rol oynayır. Bakı, Sumqayıt, Gəncə, Lənkəran kimi ərazilərdə keçid balları daha yüksək olması istisna deyil. Ümumiyyətlə, ixtisas seçimi etmək üçün onlara iyirmi yer verilir. Abituriyentlər onlara verilən 20 yerdən maksimum dərəcədə yararlanmalıdırlar”.

R.Fikrətoğlu qeyd edib ki, bu il ali təhsil müəssisələrindən kəsilən abituriyentlərin sayı da kifayət qədər çoxdur:

“Tövsiyə edərdim ki, onlara verilən 20 yeri 3 yerə bölüb ixtisas seçimi etsinlər. Məsələn, ilk 6 yeri topladıqları baldan bir qədər yüksək, ikinci 6 yeri topladıqları ballara uyğun şəkildə, digər 8 yeri isə imtahanda topladıqları ballardan aşağı balı olan ixtisasları qeyd etsinlər.
Qeyd edim ki, bu il ali təhsil müəssisələrindən kəsilən abituriyentlərin sayı da kifayət qədər çoxdur. Düşünürəm ki, onların əksəriyyəti kolleclərə verməyi fikirləşəcək. Ona görə də hər bir abituriyent maksimum diqqətli olmalıdır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

257
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv