Kölndə etirazçılarla qarşıdurmada polis əməkdaşları xəsarət alıb

media-hightechnic-468x90

Almaniyanın Köln şəhərində “Almaniya üçün alternativ” partiyasının əleyhinə keçirilən kütləvi etiraz aksiyası zamanı baş vermiş qarşıdurma nəticəsində iki polis əməkdaşı xəsarət alıb.

Yeniçağ.Az-ın “APA”a istinadən verdiyi xəbərə görə, aprelin 22-də Kölndə partiyanın qurultayı keçirilib. Məlumata görə, maskalı etirazçılardan biri dəyənəklə deputatı vurmağa cəhd edib, lakin zərbə ona mane olmağa çalışan asayiş keşikçisinə dəyib.

Aksiyaya 10 minədək etirazçı qatılıb. Asayişi qorumağa 4 minədək polis əməkdaşı cəlb edilib. Etirazçılardan bir neçəsi saxlanılıb.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa