Komitə rəsmisi: “Yəhudi icmasına 1 milyon manatdan artıq yardımın ayrılması bunun bariz nümunəsidir”
“Min illərdir torpaqlarımızda müxtəlif xalqlar və dinlərin nümayəndələri birgə sülh içində yaşayır”.
Yenicag.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Aslan Soltanov deyib.
O, Vaqif Abdullayevin “Dostumuz müttəfiqimiz” kitabının təqdimat mərasimindəki çıxışı zamanı bildirib ki, Azərbaycan tarixən multikultural dəyərlərə sahib ölkə olub.
“Min illərdir torpaqlarımızda müxtəlif xalqlar və dinlərin nümayəndələri birgə sülh içində yaşayır. Həmçinin öz dini etiqadlarını sərbəst şəkildə həyata keçirirlər. Azərbaycan daim bu sahəyə diqqət qayğısını göstərməkdədir. Yəhudi icmasına 1 milyon manatdan artıq yardımın ayrılması bunun bariz nümunəsidir. Unutmaq olmaz ki, mədəniyyətlərarası və dinlərrası sabitliyin açarı diqqət və qayğıdır”, – deyə o, bildirib.
Nəsimi Ələsgərli