Kompüterə görə anasını bıçaqlayıb
Rusiyada yaşayış evində üzərində zorakılıq əlamətləri olan 63 yaşlı qadın meyiti tapılıb. Qətldə qadının 37 yaşlı oğlu şübhəli bilinir.
İstintaq nəticəsində isti izlərlə anasını öldürən oğul tutulub. Məlum olub ki, anası ona kompüter oyunları oynamağa mane olurmuş. Bu səbəbdən də onların arasında mübahisə yaranıb. Anasına qəzəblənən oğlan bıçağa əl atıb və onu kürəyindən bıçaqlayıb.
(lent.az)