UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin daha 2 iştirakçısı bəlli olub.
Yenicag.az xəbər verir ki, Türkiyə təmsilçisi “Sivasspor” evdə İtaliyanın “Fiorentina” klubuna 1:4 hesabı ilə uduzaraq avrokuboklarla vidalaşıb. Qonaqlar isə adını növbəti mərhələyə yazdırıb.
“Fiorentina”dan başqa, Polşanın “Lex” komandası da 1/4 finala yüksəlib.
Slovakiyada “Slovan” və İsveçrə “Bazel”i arasında keçirilən matçda isə ümumi hesab bərabər olduğundan əlavə vaxt oynanılır.
UEFA Konfrans Liqası
1/8 final, cavab oyunları
16 mart
21:45. “Sivasspor” (Türkiyə) – “Fiorentina” (İtaliya) – 1:4
Qollar: Erdoğan Yeşilyurt, 35 – Artur Kabral, 44. Nikola Milenkoviç, 62. Dimitrios Qutas, 78 (avtoqol). Qaetano Castrovilli, 89
Qırmızı vərəqə: Hakan Arslan, 81 (“Sivasspor”)
İlk oyun – 0:1
21:45. “Yurqorden” (İsveç) – “Lex” (Polşa) – 0:3
Qollar: Filip Marxvinski, 77. Nika Kvekveskiri, 90+1. Mixal Skuras,90+2
Qırmızı vərəqə: Markus Danielsson, 44 (“Yurqorden”)
İlk oyun – 0:2
21:45. “Slovan” (Slovakiya) – “Bazel” (İsveçrə) – 2:2 (ƏLAVƏ VAXT)
İlk oyun – 2:2
Qeyd edək ki, daha əvvəl Belçika “Gent”i adını 1/4 finala yazdırıb.
www.yenicag.az