Konstitusiya Məhkəməsi yeni qərar çıxarıb

media-hightechnic-468x90

uuuuuuuuKonstitusiya Məhkəməsinin Plenumu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 2.1-ci (Qanun) və İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.1-ci maddələrini (Məcəllə) şərh edən qərar çıxarıb. Qərarda qeyd olunur ki, inzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqli olduğu üçün mülki tələblər inzibati icraat qaydasında iddia tələbi ilə heç bir halda birləşdirilə və birgə baxıla bilməz.

Konstitusiya Məhkəməsinin yekun qərarı belədir:

– Əmlak hüquqları ilə bağlı mübahisələrdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.

– Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600