Koronavirus vaksinlərinə görə 172 ölkə birləşdi

Bütün ölkələrin ədalətli şəkildə koronavirus vaksinləri ilə təmin olunması məqsədi daşıyan COVAX beynəlxalq mexanizminə 172 ölkə qoşulub.

Yenicag.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus brifinq zamanı deyib.

O bildirib ki, ötən həftə bütün ölkələrə koronavirus vaksinlərinin hazırlanmasının sürətləndirilməsi üzrə tərəfdaşlığa qoşulmaq xahişi ilə məktub göndərilib:

“Bu günə olan vəziyyətə görə, GAVI ilə işləyən 92 ölkə və fərdi qaydada maliyyə dəstəyi göstərən 80 ölkə COVAX mexanizmində iştirak edir. Biz bütün ölkələrə vaksinlərin ədalətli paylanması üçün bütün vaksin istehsalçıları ilə işləyirik”.