Çində koronavirusa yoluxanların sayı 68,5 min nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, koronavirusa yoluxanların 1665 nəfəri ölüb, 9419 xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb.
“Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi 31 əyalətdən koronavirusun yeni tipinə yoluxmanın 68 500 təsdiq edilmiş hadisəsi haqqında informasiya aldı. Hazırda 57 416 nəfər (onlardan 11 272 nəfəri ağır vəziyyətdədir – red) xəstədir, 9419 nəfər xəstəxanalardan evə buraxılıb, 1665 nəfər ölüb”, – dövlət komitəsinin xəbərində deyilir.
Tayvanda virusa 18 yoluxma hadisəsi aşkarlanıb. Onlardan 1-i sağalıb. Honkonqda isə 56 nəfər yoluxub. Onlardan 1-i ölüb, 1-i sağalıb, Makaoda 10 yoluxma hadisəsi (onlardan 3-ü artıq xəstəxanalardan evə buraxılıb) qeydə alınıb.
www.yenicag.az