Korrupsionerlərin pulları təqaüdçülərə veriləcək – Yeni QANUN

media-hightechnic-468x90

Rusiyada dövlət vəsaitlərini mənimsəyən məmurların müsadirə olunacaq pulları Pensiya Fonduna köçürüləcək.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu addımı nəzərdə tutan qanun Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının plenar iclasında qəbul edilib.

Qanuna əsasən, dövlət vəsaitlərini mənimsəyən korrupsioner məmurlardan müsadirə olunan pullar bundan sonra Rusiya Pensiya Fondunun hesabına keçiriləcək.

Federasiya Şurasının Komitə sədrinin müavini Yelena Bibikovanın sözlərinə görə, korrupsiya sayəsində əldə olunan əmlakın satışından götürülən gəlir də Fonda veriləcək.

Pensiya Fondunun həmin vəsaitlərin böyük hissəsini təqaüdlərin, bir hissəsini isə sosial müavinətlərin ödənilməsinə sərf edəcəyi bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600