Kosovo ilə Serbiya arasında gərginlik müharibə həddinə çatıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Serbiyanın Baş naziri Ana Brnabiçin Kosovoya təhlükəsizlik qüvvələri göndərmək yönündəki açıqlaması olub.
Kosovonun Brüssel razılaşmasını pozduğunu iddia edən Brnabiç: “Baş nazir Albin Kurtinin qərarları səbəbindən silahlı qarşıdurma həddinə gəlmişik. Kurti hər gün risk edir və vəziyyəti gərginləşdirir.
Serbiyanın Birləşmiş Millətlər Təşkilatının 1244 saylı qətnaməsinə uyğun olaraq Kosovoya təhlükəsizlik qüvvələri göndərmək hüququ var. Bu yöndə bir niyyətimiz də var. Oradakı serblər təhlükəsizlikdə deyil”, – deyib.
Buna cavab olaraq Kosovo Prezidenti Vjosa Osmani serb təhlükəsizlik qüvvələrinin Kosovo ərazisinə girməsinə heç vaxt icazə verməyəcəklərini bildirib.
Gərginliyin yaraamasına səbəb Kosovoda serblərin çoxluq təşkil etdiyi bölgədə polisə atəş açılması və bir polisin yaralanması olub.
www.yenicag.az