Böyük Britaniya kraliçası II Elizabetin ABŞ prezidentinı qarşı davranışı sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, “Buckingam” sarayında keçirilən mərasimdə kraliça hər kəsi gülərüz qarşılayıb. Xüsusilə, Almaniyanın baş naziri Anqela Merkelə qarşı isti münasibət göstərən II Elizabetin üzündəki bu gülüş Trampı görənə qədər davam edib. Kraliçanın ABŞ prezidentini gördüyü anda çəkilən fotoşəkli isə sosial şəbəkə istifadəçilərinin diqqətindən qaçmayıb.
www.yenicag.az