“Kreml əməkdaşlarına Pavel Durovun həbsi fonunda “Telegram” messencerindəki mesajların tarixçəsini təmizləmək üçün tövsiyələr verilməyib”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Kremldə heç kim messencerdən istifadə etmir.
“Yazışmaların təmizlənməsi tam axmaqlıqdır. İkincisi, dövlət qulluqçuları nəzəri olaraq messencerlərdən rəsmi məqsədlər üçün istifadə etməməlidirlər, çünki informasiya təhlükəsizliyi baxımından heç bir messencer etibarlı deyil. Həmçinin, “Telegram”da. Ona görə də biz administrasiyada heç bir messencerdən rəsmi məqsədlər üçün istifadə etmirik. Çünki bu, sadəcə olaraq rəsmi qaydaların və məmur etikasının pozulması olardı. Ona görə də təbii ki, heç kim heç kimi nəyisə təmizləməyə çağırmır”, – Peskov bildirib./unikal
www.yenicag.az