Kremldən Trampın tariflərlə bağlı hədəsinə cavab

media-hightechnic-468x90

“BRİKS çərçivəsində ölkələrin qarşılıqlı fəaliyyəti üçüncü ölkələrə, xüsusən də ABŞ-yə qarşı yönəlməyib”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın BRİKS-i dəstəkləyən ölkələrə qarşı rüsumlar tətbiq etməklə hədələməsini şərh edərkən deyib.

“Biz belə bəyanatları görmüşük, lakin burada vacib olan odur ki, BRİKS-in unikallığı ümumi yanaşma və dünyagörüşləri paylaşan ölkələri birləşdirməkdir. BRİKS çərçivəsində qarşılıqlı fəaliyyət üçüncü ölkələrə qarşı yönəlməyib”, – Kreml sözçüsü bildirib.

İyulun 7-də ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində Vaşinqtonun BRİKS siyasətini dəstəkləyən ölkələrə əlavə10% ticarət tarifləri tətbiq edəcəyini açıqlayıb. Onun sözlərinə görə, BRİKS-in “antiamerikan siyasətini” dəstəkləyən istənilən ölkəyə əlavə 10%-lik tariflər tətbiq olunacaq. Tramp istisnaların olmayacağını vurğulayıb./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600