Kremlin kölgəsi Cənubi Qafqazdan ÇƏKİLİR – “Putin anlamalıdır ki...”

media-hightechnic-468x90

 

“Ermənistan parlamentinin sədri Alen Simonyanın Azərbaycanla danışıqların təkbətək aparılması haqqında söylədiyi fikirlər həm Moskvaya, həm də Rusiyanı maraqlarının qarantı hesab edən erməni revanşistlərinə açıq bir mesajdır”.

Bunu Yenicag.az-la söhbətində britaniyalı politoloq Neil Uotson deyib.

media-img_1918

Analitik Simonyanın sözügedən fikirləri fonunda gərginləşən İrəvan-Moskva münasibətlərini, habelə üçtərəfli danışıqlarda Rusiyanın mövqeyini şərh edib.

N. Uotson söyləyib ki, martın 13-də Ermənistan tərəfi Azərbaycan ərazilərinə iddialardan imtina edən və sülh sazişinin imzalanmasına mane olan son konstitusiya dəyişikliklərini qəbul etdi:

“Eyni zamanda, Rusiyanın da həmsədrlərindən biri olduğu ATƏT-in Minsk qrupunun ləğv olunduğunu elan etdi və danışıqlara üçüncü tərəflərin müdaxiləsindən imtina etdi. Dünən isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla sülh sazişinin imzalanma tarixini müəyyən etmək üçün dialoqa hazır olduğunu vurğulayıb”.

Həmsöhbətimiz əlavə edib ki, sülh danışıqlarında və ticarət yollarının açılmasında Rusiyaya yer yoxdur:

“Moskva qəbul etməlidir ki, Baş nazir Paşinyanın rəhbərliyi altında Ermənistan Rusiyanın təsir dairəsindən uzaqlaşır. İlk dəfə olaraq Ermənistan, nəhayət, Rusiyanın dominantlığından qurtularaq müstəqilliyini bərpa edir və Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması ilə daha çox ticarət imkanları əldə edir. Azərbaycan isə artıq keçmiş sovet respublikaları arasında ən müstəqil ölkə idi və Rusiyanın “sülhməramlıları”ndan istifadə edib daha sonra onları ərazilərindən çıxardı”.

Müsahibimiz xatırladıb ki, dekabrın 25-də baş verən faciəli AZAL qəzası Azərbaycana Rusiyanın təsir dairəsindən daha da uzaqlaşmaq imkanı yaratdı:

“Həm Azərbaycan, həm də Ermənistan anlayır ki, Rusiya danışıqlara müdaxilə edərək bölgəni manipulyasiya etməyə çalışacaq. Baş nazir Paşinyan hazırda revanşistlərin fikirlərini dəyişdirməyə çalışır. Ola bilsin ki, sülh sazişi ilə bağlı yaranan bu ani dinamika Azərbaycan üçün gözlənilməz oldu, lakin bu, xoş bir sürprizdir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və prezident Vladimir Putin anlamalıdır ki, Rusiyanın Azərbaycan və Ermənistandakı təsiri ən aşağı səviyyəyə düşüb və bir daha geri qayıtmayacaq”.

Rafi Müslümov

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600