Krım tatarlarının evləri işarələnir
Krımda tatarlarının evləri naməlum şəxslər tərəfindən işarələnməyə başlayıb.
“Axar.az” xəbər verir ki, bu sözləri Krım Parlamentinin tatar əsilli deputatı Safura Kadjametova öz Feysbuk səhifəsində yazıb. O bununla 25 ildən sonra yenidən Fərqanə hadisələrinin təkrarlanmağa yaxın olduğunu deyib.
“Dünən naməlum şəxslər Krım tatarlarının yaşadığı evlər işarələnib. Artıq bizim evdə işarələnənlər sırasındadır. Bununla da 25 ildən sonra Fərqanəni təkrarlamaq istəyirlər. Həyəcanlanmayın! Biz axı nələrdən keçib bu günlərə gəlmişik. Biz 1944-cü ildə buranı tərk etməmişik. Sadəcə qovublar. Ona görə geri dönməmişik ki, yenidən vətənimizi tərk edib qaçaq. Yəqin ki beləcə bizi qorxutmaq istəyirlər. Qorxmayın! Bizim qaçmağa heç bir vətənimiz, torpağımız yoxdur. Bizdən geridə isə yalnız Qara dənizdir. Öz uşaqlarınızı və ailələrinizi qoruyun!”
Qeyd edək ki, bu gün səhər Ukrayna ordusuna yazılmaq istəyən tatar gənclərinin oğurlanması haqqında əmrin verilməsi ilə bağlı məlumat yaymışdıq.