!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kriminal avtoritet Bakı aeroportunda saxlanıldı

!Reklam – Yazi

Kriminal aləmdə “Rəşad Yevlaxski” kimi tanınan Rəşad Cəbrayılov Bakı aeroportunda saxlanılıb.

Yenicag.az xəbər verir ki, kriminal avtoritet qanunsuz olaraq Naxçıvan Muxtar Respublikasından Gürcüstan ərazisinə keçib. Batumi şəhərindən Türkiyəyə ərazisinə qanunsuz daxil olmağa cəhd göstərsə də, istəyi baş tutmayıb.

Və yenidən qaçaq yolla Bakıya qayıdıb. Bir neçə gün sonra yenidən ikinci cəhddə Naxçıvandan Türkiyəyə ərazisinə daxil olmağa istəyib, amma bu, onda alınmayıb. O, bir neçə gün sonra Naxçıvan – Bakı aviareysi ilə uçarkən yenidən Bakı aeroportunda saxlanılıb.

Qeyd edək ki, “Rəşad Yevlaxski” 2 ay öncə “Oazis” restoranı yaxınlığında bir nəfəri bıçaqlayıb. Zərərçəkən şəxs hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra Rəşad Cəbrayılov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.

Xatırladaq ki, “Rəşad Yevlaxski” “Lotu Quli”nin klanına daxil olan şəxslərdəndir.

COP29

www.yenicag.az

16545
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv