“Krokus” holdinqin ticarət mərkəzləri fəaliyyətini bərpa etdi

media-hightechnic-468x90

“Krokus Group” tərəfindən Moskva vilayətində yaradılan üç “Vegas” ticarət və əyləncə mərkəzi martın 26-dan etibarən fəaliyyətini bərpa edəcək.

Yenicag.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə TRK şəbəkəsi özünün Teleqram kanalında məlumat yayıb.

“Vegas”ın bütün ticarət və əyləncə mərkəzləri martın 26-dan etibarən ziyarətçilərin üzünə açılacaq. Sizi hər gün gözləyirik!” – mesajda deyilir.

Qeyd edək ki, söhbət “Krokus Group” şirkətinin üç ticarət mərkəzindən – “Vegas Kuntsevo”, “Vegas Kashirskoye” və “Vegas Krokus Siti”dən gedir. Sonuncu terror aktının baş verdiyi konsert zalının yanında yerləşir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600