Küçədə yaşayan kimsəsizlər üçün Bakıda iki xəstəxanada yer ayrıldı

media-hightechnic-468x90

Bəlli yaşayış yeri olmayan, sığınacaqlarda yaşayan insanlarla bağlı tibbi göstəriş olduğunda koordinasiya şöbəsinin əməkdaşları tərəfindən ixtisaslaşmış xəstəxana seçilir və idarə olunur.

Yenicag.az xəbər verir ki, bunu TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev deyib. O qeyd edib ki, küçədə yaşayan, kimsəsiz adamlar üçün də Bakı şəhərində xüsusi xəstəxanalar ayrılıb:

“14 və 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında kimsəsiz şəxslər üçün yer ayrılıb. Həmin xəstələrlə bağlı zərurət yarandığı halda digər ixtisaslaşmış xəstəxanalara da köçürülə bilirlər”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05